Ana Sayfa > İqtisadiyyat > “TBC Kredit" BOKT-un lisenziyası ləğv edilib

“TBC Kredit" BOKT-un lisenziyası ləğv edilib


Dünən, 17:38. Yazar: sevinc1
“TBC Kredit" BOKT-un lisenziyası ləğv edilib

Azərbaycan Mərkəzi Bankı (AMB) Gürcüstanın "TBC Bank"ının yerli törəməsi "TBC Kredit" bank olmayan kredit təşkilatının (BOKT) lisenziyasını onun öz istəyi ilə ləğv edib.

aia.az xəbər verir ki, bu barədə AMB-dən məlumat verilib.

Bildirilib ki, qurumun sədrinin I müavini Əliyar Məmmədyarov “TBC Bank"ın nümayəndəsi və "TBC Kredit"in Müşahidə Şurasının üzvü Spartak Tetraşvilini qəbul edib. Görüşdə Azərbaycanın və regionun maliyyə sistemi üzrə tendensiyaları ətrafında müzakirələr keçirilib, maliyyə sektorunun inkişafı istiqamətində yeni strateji çağırışlar və hədəflər barədə fikir mübadiləsi aparılıb.

S.Tetraşvili Azərbaycanda BOKT-ların fəaliyyətinin tənzimlənməsi və onların inkişafı məsələlərinə toxunub bu sahəyə indiyə qədər göstərilmiş dəstəyə görə təşəkkür edib. O, həmçinin “TBC Bank"ın strategiyasında edilmiş dəyişikliyə müvafiq olaraq, “TBC Kredit"in fəaliyyətinin dayandırılması, bu məqsədlə təşkilatın lisenziyasının könüllü şəkildə ləğv olunması üçün müraciət edildiyini qeyd edib. Yekunda “TBC Bank" gələcəkdə Azərbaycan maliyyə sektoruna qayıdışı perspektivləri müzakirə edilib və Qrupun növbəti fəaliyyətinə uğurlar arzulanıb.

AMB “Bank olmayan kredit təşkilatları haqqında” qanunun 25.1.1-ci maddəsinə əsasən “TBC Kredit"in təqdim etdiyi ərizədən irəli gələrək oma verilmiş 29.02.2000-ci il tarixli, 111-KB nömrəli müvafiq lisenziya könüllü əsasla ləğv edib. Təşkilatın hesabatlarına əsasən, müvafiq tarixə fiziki şəxslər qarşısında öhdəlikləri mövcud deyil. Qanunun 25.4-cü maddəsinə əsasən, BOKT lisenziyasının ləğv edilməsi haqqında qərarın qüvvəyə mindiyi gündən fəaliyyətini dayandırır və Mülki Məcəllədə müəyyən olunmuş qaydada ləğv edilir.

aia.az
Geri dön