Ana Sayfa > Manşet / Gündəm > Tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti artırılıb

Tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti artırılıb


Bu gün, 13:00. Yazar: sevinc1
Tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti artırılıb

COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin vaxtı uzadılıb.

aia.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə qərara dəyişiklik edilib.

Dəyişikliklə COVID-19-la mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti oktyabr ayına qədər uzadılıb.

aia.az
Geri dön