Ana Sayfa > Ölkə > Şüvəlanda dənizdə batan uşağın meyiti tapıldı

Şüvəlanda dənizdə batan uşağın meyiti tapıldı


Bu gün, 09:17. Yazar: sevinc1
Şüvəlanda dənizdə batan uşağın meyiti tapıldı

Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı, nəzarətsiz ərazi) batan 1 nəfərin (uşaq) axtarışları başa çatıb.

aia.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

aia.az
Geri dön