Ana Sayfa > Gündəm / Parlament > Millət vəkili Göydəniz Qəhrəmanov Yasamal rayonu 17 saylı üçüncü seçki dairəsi ərazisində səyyar görüşlər keçirib

Millət vəkili Göydəniz Qəhrəmanov Yasamal rayonu 17 saylı üçüncü seçki dairəsi ərazisində səyyar görüşlər keçirib


Dünən, 15:01. Yazar: azer
Millət vəkili Göydəniz Qəhrəmanov Yasamal rayonu 17 saylı üçüncü seçki dairəsi ərazisində səyyar görüşlər keçirib

Təmsil etdiyim Yasamal rayonu 17 saylı üçüncü seçki dairəsi ərazisində səyyar görüşlər keçirdim.

Görüşlərə xalq artisti, muğam sənətimizin böyük ustadı Arif Babayevin evini ziyarətlə başladım. Sənətkarımıza səhhəti ilə maraqlanıb, can sağlığı arzuladım, Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı ilə təltif olunması münasibətilə təbrik etdim. Arif müəllim də öz növbəsində göstərilən yüksək diqqət və dəyərə görə ölkə başçısına dərin təşəkkürünü bildirdi.

Növbəti ziyarətim birinci Qarabağ müharibəsi şəhidi Əsabeli Abdulhüseynovun ailəsinə oldu. Şəhidin həyat yoldaşı Lalə xanımla həmsöhbət oldum, ailə üzvləri ilə tanışlıq imkanı qazandım. Daha sonra birinci Qarabağ müharibəsi şəhidi Əhəd Quliyevin anası, Gülyaz anamızı evində ziyarət etdim. Torpaqlarımız uğrunda canını fəda etmiş şəhidimizin ailəsinə ehtiramımı bildirdim.

Səyyar görüşlər çərçivəsində Yasamal rayonunun müxtəlif küçələrində sakinlərlə də görüşərək onların təkliflərini dinlədim.

Vətəndaşlarımızla birbaşa ünsiyyət mənim üçün hər zaman önəmlidir və belə görüşlər davamlı xarakter daşıyacaq.

Göydəniz Qəhrəmanov
Milli Məclisin deputatı

Geri dön