Ana Sayfa > Siyasət / Karusel > “Avropa İslam dininə borcludur…” – Novruz Məmmədov

“Avropa İslam dininə borcludur…” – Novruz Məmmədov


22-09-2015, 14:56. Yazar: admin



Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini: “Təəssüf ki, Avropada bu həqiqətlə bağlı susmağa üstünlük verirlər.

“İslam dininin yaranması və o dövrdən keçən bir neçə yüz ili əhatə edən hadisələri öyrəndikdən sonra qərara gəldim ki, Avropa öz renessansı üçün İslam dininə və bir neçə yüz il onun sayəsində bütün sahələrdə qazanılan nailiyyətlərə borcludur”.

“Report”un xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün “twitter” sosial şəbəkəsindəki səhifəsində bildirib.

N.Məmmədov qeyd edib ki, Avropada bu həqiqətlə bağlı susmağa üstünlük verirlər: “Bu da təəssüf doğurur”.
Geri dön