Ana Sayfa > Özəl > ABŞ İsraili Suriyaya zərbələri dayandırmağa çağırıb

ABŞ İsraili Suriyaya zərbələri dayandırmağa çağırıb


Dünən, 19:15. Yazar: sevinc1
ABŞ İsraili Suriyaya zərbələri dayandırmağa çağırıb
ABŞ prezidenti Donald Trampın administrasiyası İsrail hakimiyyətini Suriyaya zərbələri dayandırmağa çağırıb
Bu barədə Axios-un müxbiri Barak Ravid yüksək vəzifəli mənbəyə istinadən X sosial şəbəkəsində məlumat verib.

“Tramp administrasiyası İsraildən ölkənin cənubunda Suriya qoşunlarına zərbələr endirməyi dayandırmağı xahiş edib”, - deyə jurnalist yazıb.

Bir müddət əvvəl ABŞ dövlət katibi Marko Rubio bildirmişdi ki, Vaşinqton İsrailin Suriyaya zərbə endirməsindən narahatdır və bu məsələni maraqlı tərəflərlə müzakirə edir.

aia.az
Tərcümə şöbəsi
Geri dön