Ana Sayfa > Ölkə > Cinayətdə şübhəli bilinən 36 nəfər saxlanıldı

Cinayətdə şübhəli bilinən 36 nəfər saxlanıldı


Dünən, 10:22. Yazar: sevinc1
Cinayətdə şübhəli bilinən 36 nəfər saxlanıldı

İyulun 15-də ölkə ərazisində qeydə alınan 46 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən aia.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 70, o cümlədən borclu şəxs qismində axtarışda olan 55 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.

aia.az
Geri dön