Ana Sayfa > Özəl > Gürcüstan Aİ-dən şantaj edildiyini bildirib

Gürcüstan Aİ-dən şantaj edildiyini bildirib


Dünən, 18:43. Yazar: sevinc1
Gürcüstan  Aİ-dən şantaj edildiyini bildirib
Avropa Birliyi Gürcüstanı şantaj edir, o cümlədən, Rusiyaya qarşı sanksiyalar tətbiq etməkdən və “ikinci cəbhə” açmaqdan imtina etdiyi üçün vizasız rejimi ləğv edir. Bunu Tbilisi meri, hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının baş katibi Kaxa Kaladze deyib. Onun sözlərini “Vzqlyad” qəzeti sitat gətirir.
"İndiki Avropa bürokratiyası əsl Avropa dəyərlərinə xəyanət edib", - Kaladze vurğulayıb.
Lakin Brüssellə Gürcüstanın milli maraqlarına xələl gətirəcək heç bir kompromis olmayacaq, deyə o əlavə edib.

Politico-nun mənbəyə istinadən verdiyi məlumata görə, Aİ diplomatları hakimiyyət tərəfindən etirazların yatırılması ilə razılaşmamaq əlaməti olaraq Gürcüstanla vizasız rejimin ləğvini müzakirə edəcəklər.

Güman edilir ki, belə bir tədbirdən Gürcüstan hakimiyyətinə təzyiq göstərmək olar.

Bundan əvvəl Gürcüstanın baş naziri İrakli Kobaxidze Tbilisidə keçirilən hökumət əleyhinə etirazları süni adlandırıb və onların kənardan maliyyələşdiyinə əminliyini bildirib.

aia.az
Tərcümə şöbəsi
Geri dön