Ana Sayfa > Gündəm > Milli Məclisin deputatı Asif Əsgərov Zaqatala rayon Heydər Əliyev Mərkəzində gənclərlə görüş keçirib

Milli Məclisin deputatı Asif Əsgərov Zaqatala rayon Heydər Əliyev Mərkəzində gənclərlə görüş keçirib


Dünən, 15:01. Yazar: azer
Milli Məclisin deputatı Asif Əsgərov Zaqatala rayon Heydər Əliyev Mərkəzində gənclərlə görüş keçirib

Zaqatala rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev ideologiyasında gənclərin inkişafı” mövzusunda gənclərlə faydalı və səmimi görüş keçirdik.

Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi ideoloji xəttin bu gün də cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, xüsusilə gənclərə olan diqqət və qayğının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu bir daha vurğuladıq.

Gənclərlə inkişaf, karyera, turizm və biznes imkanları barədə geniş fikir mübadiləsi apardıq. Bu cür açıq və faydalı dialoqlar gənclərimizin formalaşmasında əvəzsiz rol oynayır.

Gələcəyimiz olan gənclərə daim dəstək olmağa davam edəcəyik!

Asif Əsgərov
Milli Məclisin deputatı

Geri dön