Ana Sayfa > Ölkə > Sumqayıtda 36 yaşlı qadın bıçaqlanıb
Sumqayıtda 36 yaşlı qadın bıçaqlanıbBu gün, 15:38. Yazar: sevinc1 |
![]() Sumqayıtda baş verən insident nəticəsində 36 yaşlı qadın bıçaq xəsarətləri alıb. aia.az xəbər verir ki, hadisə İnşaatçılar qəsəbəsində qeydə alınıb. İlkin məlumata görə, 2004-cü il təvəllüdlü Kamran Dadaşlı şəxsi mübahisə zəminində qonşusu, 1989-cu il təvəllüdlü Mehriban Abdullayevaya bıçaqla xəsarət yetirib. Yaralı dərhal Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Sumqayıt Tibb Mərkəzindən verilən məlumata əsasən, qadına sol bazunun və sol sağrı nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Hazırda onun vəziyyəti stabildir və zəruri tibbi yardım göstərilib. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb. aia.az Geri dön |