Ana Sayfa > Manşet / Siyasət > VƏHDƏT PARTİYASININ QƏRƏRGAHINDA GENİŞLƏNDİRİLMİŞ TOPLANTI KEÇİRİLİB
VƏHDƏT PARTİYASININ QƏRƏRGAHINDA GENİŞLƏNDİRİLMİŞ TOPLANTI KEÇİRİLİBBu gün, 13:39. Yazar: azer |
![]() Vəhdət Partiyası 2025-ci ilin iyul ayında mühüm əhəmiyyət daşıyan geniş formatlı toplantısını uğurla keçirmişdir. Toplantıda 60-a yaxın şəxs – rayon təşkilatlarının sədrləri, Təşkilat Komitəsinin üzvləri, aparat rəhbərləri və partiyanın digər rəhbər nümayəndələri iştirak etmişdir. aia.az xəbər verir ki,toplantını giriş sözü ilə Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi açmışdır. Partiya sədri Ümummilli Lider Heydər Əliyevin 1969-cu ildə Azərbaycan rəhbərliyinə gəlişinin 56-cı ildönümü münasibətilə çıxış edərək, onun keçdiyi şərəfli həyat yolunu və Azərbaycanın siyasi, iqtisadi və mənəvi dirçəlişindəki müstəsna rolunu xüsusi vurğulamışdır. Qeyd olunmuşdur ki, Ümummilli Liderin siyasi kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Vəhdət Partiyası bu strateji xəttin sadiq tərəfdarıdır. Tədbir iştirakçıları 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş vermiş döyüşlər zamanı şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin qəhrəman hərbi qulluqçularını – general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev və digər şəhidlərimizi – bir dəqiqəlik sükutla yad etmişlər. Vəhdət Partiyası şəhidliyi Azərbaycan xalqının müqəddəs zirvəsi olaraq qiymətləndirir və onların əziz xatirəsini daim uca tutur. Toplantı Vəhdət Partiyasının fəaliyyət istiqamətlərinin və strateji xəttinin yenidən nəzərdən keçirilməsi məqsədilə keçirilmişdir. Partiyanın sədri Adəm İsmayıl Bakuvi çıxışında Azərbaycan Respublikasının Prezidentinin apardığı strateji xəttin Vəhdət Partiyası tərəfindən birmənalı şəkildə dəstəkləndiyini vurğulamış, Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsi və regional liderliyinin güclənməsi kontekstində partiyanın yerli və qlobal missiyasını geniş şəkildə izah etmişdir. Toplantıda aşağıdakı əsas mövzular müzakirə olunmuşdur: Vəhdət Partiyasının təşkilati strukturu və yeni təşkilatlanma modeli; Azərbaycanın son bir ayda yaşadığı siyasi hadisələrə partiyanın rəsmi münasibəti; Rayon təşkilatlarının fəaliyyəti və yeni mərhələdə gücləndirilməsi; Partiyanın daxili strukturundakı mövcud nöqsanlar və islahat tövsiyyələri; Media resurslarının formalaşdırılması və ictimaiyyətlə kommunikasiya mexanizmlərinin təkmilləşdirilməsi; Vəhdət Partiyasının beynəlxalq münasibətlər sahəsində fəaliyyət planı; İnkişaf strategiyasının yenidən işlənilməsi və təsdiqi. Toplantı zamanı partiyanın digər rəhbər şəxsləri – o cümlədən Təşkilat Komitəsinin üzvləri, rayon strukturlarının rəhbərləri, həmçinin partiyaya dəvət olunmuş tanınmış ictimai-siyasi simalar çıxış etmiş, təklif və iradlarını bildirmişlər. Sonda yekdilliklə qərara alınmışdır ki: Hər həftə bir dəfə rayon təşkilat rəhbərlərinin iştirakı ilə koordinasiya iclasları keçirilsin; Partiyanın inkişaf konsepsiyası yenidən işlənərək geniş ictimaiyyətə təqdim edilsin; Yeni media platformalarının qurulması və rəqəmsal strategiyanın hazırlanması istiqamətində dərhal fəaliyyətə başlanılsın. Vəhdət Partiyası bu cür görüşlərlə həm təşkilati, həm də ideoloji baxımdan özünün yeni inkişaf mərhələsinə qədəm qoyduğunu, milli birlik və dövlətçilik prinsiplərinə əsaslanan fəaliyyət xəttini davam etdirdiyini bir daha bəyan edir. Sonda yekun çıxış edən Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi, toplantıda qəbul olunan qərarları ümumiləşdirərək, partiyanın yaxın və uzunmüddətli fəaliyyət xəttini izah etmiş, rayon təşkilatlarına və Təşkilat Komitəsinə dəqiq tapşırıqlar vermişdir. Qərara alınmışdır ki, hər həftə bir dəfə rayon təşkilat rəhbərləri ilə koordinator görüşləri keçirilsin, partiya daxilində qarşılıqlı əlaqə və dinamizm gücləndirilsin. Toplantı, həm təşkilati baxımdan, həm də ideoloji və strateji cəhətdən Vəhdət Partiyasının yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirdi. Dövlətə və Prezidentə bağlılıq, milli birliyə çağırış və demokratik dəyərlərə sadiqlik partiyanın əsas sütunları kimi bir daha təsdiq edildi. Geri dön |