Ana Sayfa > Manşet / Parlament > Deputatlar tətilə çıxdı
Deputatlar tətilə çıxdıBu gün, 12:46. Yazar: sevinc1 |
![]() Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyası başa çatıb. aia.az xəbər verir ki, iyulun 14-də parlamentin növbədənkənar sessiyasının sonuncu iclası keçirilib. İclas Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başa çatıb və deputatlar tətilə çıxıb. Deputatlar iyulun 15-dən avqustun 30-dək istirahətdə olacaqlar. Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılır. Səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə - iyul ayının 15-dən avqust ayının 30-dək və yanvar ayının 1-dən 15-dək tətilə buraxılır. Qeyd edək ki, Milli Məclis hər il iki növbəti yaz və payız sessiyalarına yığılır. Yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir. Payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir. Əgər fevralın 1-i və sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır. aia.az Geri dön |