Ana Sayfa > Siyasət > "Əbu Dabi Görüşü: Prezident İlham Əliyevin Liderliyi ilə Cənubi Qafqazda Yeni Geosiyasi Reallıqlar"
"Əbu Dabi Görüşü: Prezident İlham Əliyevin Liderliyi ilə Cənubi Qafqazda Yeni Geosiyasi Reallıqlar"Bu gün, 08:42. Yazar: azer |
![]() İslami dəyərlərə sadiq müsəlman ölkəsi kimi ərəb dünyası ilə yaxın təmaslar quran, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi üçün siyasi , iqtisadi əlaqələrin möhkəmlənməsi naminə mövcud potensialdan istifadə ilə ikitərəfli əlaqələrin inkişafına böyük əhəmiyyət verən Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində də ərəb ölkələri ilə əməkdaşlıq edir. Ölkəmizin beynəlxalq təşkilat kimi böyük nüfuza malik Ərəb Dövlətləri Liqası (ƏDL) ilə də dərin əməkdaşlıq əlaqələri var. Liqa yeddi ölkə ilə, o cümlədən Azərbaycanla imzalanmış Anlaşma memorandumları əsasında əməkdaşlıq edir. Azərbaycanın ərəb ölkələri ilə siyasi-diplomatik münasibətlərinin yaxşılaşması isə investisiya və ticarət əlaqələrinin artmasını sürətləndirir. Hər iki amil Azərbaycanın gələcək ticarət strategiyasının həyata keçirilməsində mühüm əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin iyulun 9-da Birləşmiş Ərəb Əmirliklərinə səfəri, bu ölkənin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü dostluq və qardaşlığın daha bir nümunəsidir. Görüş zamanı Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri əlaqələrinin strateji tərəfdaşlıq xarakteri daşıması, siyasi münasibətlərimizin yüksək səviyyədə olması, iqtisadi-ticari əməkdaşlığın inkişafı xüsusilə vurğulanmış, gələcək əlaqələrin perspektivləri ilə bağlı müzakirələr aparılıb. İkitərəfli əlaqələrə dair fikir mübadiləsi aparılıb, enerji, o cümlədən bərpaolunan enerji sahəsində ölkələrimiz arasında uğurlu əməkdaşlıq yüksək qiymətləndirilib. Bu istiqamətdə perspektiv layihələrlə bağlı qarşıda duran vəzifələr müəyyənləşdirilib. SOCAR-la ADNOC, həmçinin ölkəmizlə «Masdar»” şirkəti arasında bərpaolunan enerji sahəsində əməkdaşlıqdan məmnunluq ifadə olunub. Bəllidir ki, Prezident İlham Əliyevin bu ölkəyə səfərinin başlıca səbəbi Ermənistanın baş naziri Nikol Paşinyanla görüşün təşkilidir. Məlumat üçün bildirək ki, Azərbaycanın təkidi ilə baş tutan görüşün yeri də rəsmi Bakınını təklifi ilə müəyyənləşdirilib. Ermənistan tərəfi də görüşdə üçüncü tərəfin iştirakına ehtiyac duyulmadığını bildirib. Baş nazir Nikol Paşinyanın Türkiyə səfərindən, bu ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra baş tutan Əbu-Dabi danışıqları Ermənistanın revanşist dairələri və daşnak ideologiyasının daşıyıcıları tərəfindən hiddətlə qarşılanıb. Baş nazir bu görüşdə üçüncü tərəfin iştirakına ehtiyac duyulmadını bəyan etdiyi üçün danışıqlar Prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyan arasında baş tutub. Qeyd olunub ki, Azərbaycanın Ermənistana təklif etdiyi sülh konsepsiyası ilə bağlı danışıqlar aparılsa da, gözlənilən müqavilənin imzalanması üçün vaxt lazımdır. Məlumata görə, liderlərin görüşündə əsas müzakirə mövzularından biri də Zəngəzur dəhlizinin bərpası ilə bağlı olub. Ermənistan müxalifətini narahat edən məsələ Paşinyanın Azərbaycanın və Türkiyənin təkliflərinə razılıq verməsi ehtimalıdır. Əbu-Dabi görüşü bir daha təsdiqlədi ki, sülh gündəliyi Azərbaycanın liderliyi ilə irəliləyir. Görüş barədə yayılan son məlumatda qeyd olunduğu kimi, Azərbaycan-Ermənistan dövlətlərarası normallaşma gündəliyinin müxtəlif aspektləri müzakirə edilib. Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, bu görüşün ikitərəfli danışıqların normallaşma prosesi ilə bağlı bütün məsələlərin həlli üçün ən səmərəli format olduğu təsdiqlənib və bu əsasda belə nəticəyönümlü dialoqun davam etdirilməsi razılaşdırılıb. Sərhədin delimitasiyası prosesi ilə bağlı əldə olunmuş nailiyyətləri dəyərləndirən liderlər bu istiqamətdə əməli işlərin davam etdirilməsi üçün müvafiq dövlət komissiyalarına tapşırıqlar veriblər. Tərəflər, həmçinin iki ölkə arasında ikitərəfli danışıqları və etimad quruculuğu tədbirlərini davam etdirmək barədə razılığa gəliblər. Bayram Xudayarov Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı, "Heydər Əliyev məktəbinin davamçıları" Feysbuk qrupunun təsisçisi və rəhbəri, YAP-ın fəal üzvü Geri dön |