Ana Sayfa > Dünya > Zaxarova Departamentin bu qərarını lağa qoydu

Zaxarova Departamentin bu qərarını lağa qoydu


Bu gün, 08:36. Yazar: sevinc1
Zaxarova Departamentin bu qərarını lağa qoydu

ABŞ Dövlət Departamentində dövlət xərclərinin optimallaşdırılması və struktur islahatları çərçivəsində 1300 nəfər əməkdaş işdən azad edilib.

aia.az xəbər verir ki, bu addım Vaşinqtonun maliyyə yükünü azaltmaq üçün həyata keçirdiyi daha genişmiqyaslı islahat planlarının bir hissəsidir.

Hadisəyə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova istehzalı münasibət bildirib:

“Gülməlidir ki, bütün bu illər ərzində məhz amerikalı diplomatlar dünyaya sübut etməyə çalışırdılar ki, insan hüquqları yalnız ABŞ-da kanonik şəkildə qorunur və hamı onlara bənzəməlidir”.

aia.az
Geri dön