Ana Sayfa > Siyasət / Manşet > Ziyafət Əsgərov: “Xoşunuza gəlsə də, gəlməsə də...”
Ziyafət Əsgərov: “Xoşunuza gəlsə də, gəlməsə də...”14-02-2017, 16:22. Yazar: admin |
“Seçkili orqana necə inzibati nəzarət etmək olar? Onda gəlin Milli Məclisə də inzibati nəzarəti həyata keçirən orqan təyin edək”. Modern.az xəbər verir ki, bunu deputat Fəzail İbrahimli Milli Məclisin iclasında bələdiyyələrlə bağlı danışarkən deyib. O, qeyd edib ki, nəzarət Ədliyyə Nazirliyinin səlahiyyətində qalmalıdır: “Amma inzibati sözü seçkili orqana heç cür uyğun gəlmir. Bu söz qətiyyən işlədilməməlidir”. Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun isə Fəzail İrahimliyə cavabı belə olub: “Fəzail müəllim, mən bilmirəm ki, sizin nəyə görə inzibati sözündən xoşunuz gəlmir. Xoşunuza gəlsə də, gəlməsə də elə inzibati olmalıdır. Çünki bu Konstitusiyada yazılıb. Nazirlik isə səlahiyyətini aşmır, əksinə, bələdiyyə üzvlərinin maarifləndirilməsini həyata keçirir. Məgər bələdiyyə üzvünün maariflənməsi pisdir ki? Elə bunun adı inzibati nəzarət də olmalıdır”. AİA.az Geri dön |