Ana Sayfa > Özəl > Tramp: NATO vasitəsilə Ukraynaya silah göndərəcəyik
Tramp: NATO vasitəsilə Ukraynaya silah göndərəcəyikDünən, 20:54. Yazar: sevinc1 |
![]() NBC News telekanalında diqqətçəkən açıqlamalar verən ABŞ prezidenti Donald Tramp ölkəsinin NATO vasitəsilə Ukraynaya silah göndərəcəyini və silahların xərclərini NATO-nun qarşılayacağını bildirib. ABŞ prezidenti Donald Tramp NBC News telekanalına müsahibə verib. Rusiya-Ukrayna müharibəsindəki atəşkəs səyləri ilə bağlı Tramp, "Rusiyadan məyus oldum, amma qarşıdakı bir neçə həftədə nə olacağını görəcəyik. Bazar ertəsi Rusiya ilə bağlı böyük bir açıqlama verəcəyəm" dedi. ABŞ, NATO və Ukrayna arasında ABŞ-ın silah tədarükü ilə bağlı əldə olunan yeni razılaşmanın təfərrüatlarını açıqlayan Tramp ABŞ-ın göndərdiyi hər hansı hərbi texnikanın əvvəlcə NATO-ya, sonra isə NATO-nun Ukraynaya silah tədarük edəcəyini bildirib. "Biz NATO-ya silah göndəririk və NATO bu silahların dəyərinin 100%-ni ödəyir", - Tramp deyib. “Beləliklə, bizim etdiyimiz silahlar əslində NATO-ya gedir, NATO isə onları Ukraynaya verir”. Tramp ötən ay NATO-nun sammitində razılaşmanın əldə edildiyini qeyd edərək, “Biz NATO-ya silah göndəririk və NATO bu silahların bütün xərclərini qarşılayacaq” deyib. O, eyni yanaşmanın Patriot hava hücumundan müdafiə sisteminə də aid ediləcəyini vurğulayaraq, “Patriotları NATO-ya göndərəcəyik, sonra NATO onları təslim edəcək” dedi. aia.az Tərcümə şöbəsi Geri dön |