Ana Sayfa > Manşet / Gündəm > Əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması təmin olunub
Əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması təmin olunubDünən, 10:06. Yazar: sevinc1 |
![]() Əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin üstü polis əməkdaşları tərəfindən açılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən aia.az-a verilən məlumata görə, iyulun 10-da ölkə ərazisində ümumilikdə 51 cinayət faktı qeydə alınıb. Axtarışda olan şəxslərin saxlanılması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində ümumilikdə 87 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 75 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Həmin gün ərzində narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın aşkarlanması və götürülməsi ilə bağlı isə 10 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılaraq istintaqa cəlb olunub. aia.az Geri dön |