Ana Sayfa > Karusel / Ölkə > Azərbaycanda 103 kriminal qrup zərərsizləşdirilib
Azərbaycanda 103 kriminal qrup zərərsizləşdirilib10-07-2025, 16:56. Yazar: sevinc1 |
![]() Bu il altı ayı ərzində xüsusilə ağır cinayətlər törətmiş 103 kriminal qrup zərərsizləşdirilib. aia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində 6 ayın yekunları ilə bağlı keçirilən kollegiya iclasında deyilib. Bildirilib ki, mütəşəkkil cinayətkarlıqla mübarizə tədbirləri çərçivəsində 305, qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 82 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Qeyri-leqal dövriyyədən 2 ton 958 kiloqram narkotik vasitə çıxarılıb və 151 tondan artıq narkotik xassəli bitki aşkarlanaraq məhv edilib. aia.az Geri dön |