Ana Sayfa > Ölkə > Ölkə üzrə 48 nəfər cinayət şübhəsi ilə saxlanılıb
Ölkə üzrə 48 nəfər cinayət şübhəsi ilə saxlanılıb10-07-2025, 10:16. Yazar: sevinc1 |
![]() İyulun 9-da Azərbaycan ərazisində qeydə alınan 41, eləcə də əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması təmin olunub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən aia.az-a bildirilib ki, həmin gün cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb. Bundan əlavə, axtarışda olan 41 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 30 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Həmin gün narkotiklərlə əlaqədar 20, qanunsuz saxlanılan silah-sursatla bağlı isə 10 fakt müəyyən edilib. aia.az Geri dön |