Ana Sayfa > Karusel / Gündəm > Milli Məclisin deputatı Səbinə Xasayeva vətəndaşlarla görüşdü

Milli Məclisin deputatı Səbinə Xasayeva vətəndaşlarla görüşdü


9-07-2025, 15:10. Yazar: azer
Milli Məclisin deputatı Səbinə Xasayeva vətəndaşlarla görüşdü

İyulun 9-da 11 saylı Binəqədi-Qaradağ seçki dairəsi üzrə Milli Məclisin deputatı Səbinə Xasayeva YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev ilə birgə  Yeni Azərbaycan Partiyasının  inzibati binasında bir qrup vətəndaşı qəbul edərək  onların müraciət və təkliflərini dinləyib.

Qəbul zamanı vətəndaşların səsləndirdikləri təklif və şikayətlər araşdırılması və həll edilməsi üçün  qeydə alınıb, seçiciləri maraqlandıran suallar cavablandırılıb və onlara lazımi tövsiyələr verilib. Müvafiq qurumlara təqdim edilmək məqsədilə vətəndaşların müraciətləri Milli Məclisin deputatı tərəfindən  nəzarətə götürülüb.
Geri dön