Ana Sayfa > İqtisadiyyat / Karusel > Banklar dolların qiymətini dəyişib

Banklar dolların qiymətini dəyişib


14-02-2017, 14:22. Yazar: admin
Banklar dolların qiymətini dəyişib




Bu gün fevralın 14-də Mərkəzi Bank dolların məzənnəsini stabil saxlamasına baxmayaraq banklarda valyutanın satış və alış qiymətlərinin daha da bahalaşması müşahidə olunur.

aia.az Fins.az-a istinadən xəbər verir ki, səhər saatlarında 1 dollar 1.5300 manatdan yüksək alınır, 1.7600 manatdan baha satılır.

Dünən dolları 1.6000 manata alıb, 1.7310 manata satan “Accessbank” bu gün 1.6300 manata alır, 1.7600 manata satır.

“Nikoil Bank” dünən 1 dolları 1.6300 manata alırdı, 1.7500 manata satırdı. Bu gün isə 1.6800 manata alır, 1.7800 manata satır.

“Turanbank” həmçinin alışı 1.6000 manatdan 1.6700 manata qaldırıb.

aia.az
Geri dön