Ana Sayfa > Ölkə > Cinayətdə şübhəli bilinən 52 nəfər saxlanıldı
Cinayətdə şübhəli bilinən 52 nəfər saxlanıldı9-07-2025, 10:00. Yazar: sevinc1 |
![]() İyulun 8-də ölkə ərazisində qeydə alınan 52, əvvəlki dövrlərdən bağlı qalan 55 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. DİN-in Mətbuat Xidmətindən aia.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 90, o cümlədən borclu şəxs qismində axtarışda olan 70 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 28, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 23 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb. aia.az Geri dön |