Ana Sayfa > Manşet / Ölkə > Azərbaycanda DƏHŞƏTLİ QƏZA:

Azərbaycanda DƏHŞƏTLİ QƏZA:


9-07-2025, 09:10. Yazar: sevinc1
Azərbaycanda DƏHŞƏTLİ QƏZA:

Ağdam-Füzuli yolunda yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan aia.az-a bildirilib ki, iyulun 9-da saat 08 radələrində Ağdam-Füzuli avtomobil yolunun 22-ci kilometrliyində "Ford" markalı sərnişin daşıyan nəqliyyat vasitəsinin aşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə zamanı avtomobildə olan 20 nəfər Baharlı qəsəbə sakini müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlara müvafiq tibbi yardım göstərilib.

Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.

aia.az
Geri dön