Ana Sayfa > Özəl > BFMTV: Le Pen Fransa seçkilərində iştirak qadağası ilə bağlı AİHM-ə şikayət etmək qərarına gəlib

BFMTV: Le Pen Fransa seçkilərində iştirak qadağası ilə bağlı AİHM-ə şikayət etmək qərarına gəlib


8-07-2025, 21:14. Yazar: sevinc1
BFMTV: Le Pen Fransa seçkilərində iştirak qadağası ilə bağlı AİHM-ə şikayət etmək qərarına gəlib

Milli Mitinq Partiyasının parlament fraksiyasının lideri Marin Le Pen Fransa məhkəməsinin onun seçkilərdə iştirakını qadağan edən qərarından Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) şikayət edib.
Bu barədə BFMTV kanalı məlumat yayıb.

Qeyd olunur ki, Le Pen AİHM-dən Paris məhkəməsinin 5 il müddətinə seçkilərdə iştirakına qadağa qoyulan qərarının icrasını təcili olaraq ləğv etməyi xahiş edir.

Martın 31-də Paris məhkəməsi Marin Le Peni parlament köməkçilərinin işi üzrə təqsirli bilib.

O, seçkilərdə iştirakına 5 il qadağa və 4 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib: ikisi cəzalandırılıb, ikisi elektron qolbaqla, həmçinin 100 min avro məbləğində cərimə edilib.

aia.az
Tərcümə şöbəsi
Geri dön