Ana Sayfa > Dünya > KİV:
KİV:8-07-2025, 17:36. Yazar: sevinc1 |
![]() İyul ayının 11-də PKK terror təşkilatı İraqın Süleymaniyyə şəhərində silahlarını təhvil verəcək. aia.az xəbər verir ki, bu barədə Türkiyənin NTV kanalı məlumat yayıb. Bildirilib ki, PKK lideri Abdullah Öcalan video vasitəsilə PKK-nın Qəndildə yerləşən qərargahına mesaj göndərəcək və tərksilah prosesi üçün mexanizmin qurulmasına çağırış edəcək. PKK-nın tam şəkildə tərksilah edilməsinin iki aydan beş aya qədər vaxt aparacağı ehtimal edilir. Silahlarını təhvil verənlər İraqda yaşayacaqlar. Qeyd edək ki, təsis olunduğu tarixdən-1984-cü ildən etibarən PKK Türkiyədə 40 000-dən çox insanın ölümünə səbəb olub. aia.az Geri dön |