Ana Sayfa > Özəl > Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edibDünən, 21:29. Yazar: sevinc1 |
![]() Ukraynadakı münaqişə ilə əlaqədar Böyük Britaniya Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi general-mayor Aleksey Rtişşevə və onun müavini general-mayor Andrey Marçenkoya qarşı sanksiyalar tətbiq edib. Məhdudiyyətlərə Böyük Britaniyaya giriş qadağası və aktivlər aşkar edilərsə, onların dondurulması daxildir. Bundan əlavə, Ukrayna münaqişəsinə görə Sergiev Posadda yerləşən Tətbiqi Kimya Elmi-Tədqiqat İnstitutu da sanksiyalar siyahısına əlavə edilib. aia.az Tərcümə şöbəsi Geri dön |