Ana Sayfa > Ölkə > Oğuzda ağac kəsiminə görə polis cinayət işi başlatdı

Oğuzda ağac kəsiminə görə polis cinayət işi başlatdı


Dünən, 16:10. Yazar: sevinc1
Oğuzda ağac kəsiminə görə polis cinayət işi başlatdı

Oğuzun Xal-Xal kəndində meşə təsərrüfatına vurulan zərərlə bağlı istintaq araşdırmaları aparılır.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan aia.az-a bildirilib ki, vələs növündən olan bir neçə ağacın kəsilməsi faktına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Oğuz RPŞ-də cinayət işi başlanıb.

Keçirilən tədbirlərlə həmin əməli törətməkdə şübhəli olan 2 nəfər müəyyən olunaraq məsuliyyətə cəlb edilib.

Araşdırmalar davam etdirilir.

aia.az
Geri dön