Ana Sayfa > Özəl > ABŞ Ukrayna münaqişəsinin həlli ilə bağlı məyusedici proqnoz verib
ABŞ Ukrayna münaqişəsinin həlli ilə bağlı məyusedici proqnoz veribBu gün, 13:17. Yazar: sevinc1 |
![]() Responsible Statecraft yazır ki, Yaxın Şərqdə iştirak ABŞ-ın Ukraynada sülhün əldə edilməsində çətinliklər yaradır. Nəşr qeyd edir ki, ABŞ prezidenti Donald Trampın administrasiyası Rusiya ilə dialoq üçün sabit kanalların açılmasında "əhəmiyyətli irəliləyiş" əldə edib. Eyni zamanda, Amerika resurslarının Yaxın Şərqə yönəldilməsi Rusiya və Ukrayna arasında sülh sazişinin əldə olunmasını daha da “tutmaz” məqsədə çevirmək təhlükəsi yaradır. Bundan əvvəl Washington Post yazıb ki, Ağ Ev rəhbəri xarici siyasət problemlərinin həlli üçün, o cümlədən Ukraynaya yardım hesabına hərbi resursları yenidən bölüşdürməyə məcburdur. Xüsusilə də Tramp İranla münaqişəsi fonunda İsrailə daha çox yardım etmək qərarına gəlib. Ötən həftə amerikalı siyasətçi Ukrayna münaqişəsini həll etmək istədiyini bildirsə də, bunun baş verib-verməyəcəyini dəqiq deyə bilməz. aia.az Tərcümə şöbəsi Geri dön |