Ana Sayfa > Gündəm > Kamran Əliyev Nərimanovda vətəndaşları qəbul edəcək

Kamran Əliyev Nərimanovda vətəndaşları qəbul edəcək


Bu gün, 11:23. Yazar: sevinc1
Kamran Əliyev Nərimanovda vətəndaşları qəbul edəcək

Prezident İlham Əliyevin tapşırığı və tövsiyələrinə uyğun olaraq vətəndaş məmnunluğunun və hüquqlarının qorunmasının təmin edilməsi, həmçinin bu sahədə səmərəliliyin artırılması məqsədilə Baş prokuror Kamran Əliyev iyulun 11-də saat 10:00-da Nərimanov rayon prokurorluğunun inzibati binasında rayonun hüquq-mühafizə orqanlarının icraatında olan cinayət işləri və materiallar üzrə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə aid məsələlərlə bağlı konkret müraciət və ya şikayəti olan Nərimanov rayon sakinlərinin qəbulunu keçirəcək.

aia.az xəbər verir ki, vətəndaşlar qəbulla bağlı Nərimanov rayon prokurorluğuna yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07, (012) 361-14-07 nömrəli və Bakı şəhər prokurorluğunun (012) 361-02-44 nömrəli telefonları, contact@prosecutor.gov.azelektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X)vasitəsilə də qəbula yazıla bilərlər.

aia.az
Geri dön