Ana Sayfa > İdman > "Qarabağ" "Metallist"lə üz-üzə
"Qarabağ" "Metallist"lə üz-üzəBu gün, 09:09. Yazar: sevinc1 |
![]() Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" komandası bu gün ilk yoxlama oyununu keçirəcək. aia.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Ukrayna təmsilçisi "Metallist" (Xarkov) ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da start götürəcək. Azərbaycan çempionu Bakıdakı ilk yoxlama matçında "Zirə"ni 4 cavabsız qolla üstələyib. Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. Bu raundun ilk görüşü iyulun 22-23-də, cavab qarşılaşması 29-30-da baş tutacaq. aia.az Geri dön |