Ana Sayfa > Karusel / Dünya > Tramp:

Tramp:


Bu gün, 08:53. Yazar: sevinc1
Tramp:

ABŞ prezidenti Donald Tramp iş adamı İlon Maskın "ağlını itirməsini" müşahidə etməkdən kədərləndiyini bildirib.

aia.az-ın məlumatına görə, prezident "Truth Social" platformasında Maskın "Amerika" partiyasını yaratmaq planlarını şərh edib.

"İlon Maskın son beş həftə ərzində tamamilə ağlını itirərək gəzən fəlakətə çevrilməsini müşahidə etmək məni kədərləndirir", - o bildirib.

Tramp qeyd edib ki, ABŞ-da üçüncü siyasi partiya heç vaxt uğur qazanmayıb, lakin bu fakta baxmayaraq, Maskı bu addımı atmaq istəyir: "Sistem bunun üçün nəzərdə tutulmayıb. Belə siyasi qüvvələr nifaq və xaos yaradır".

aia.az
Geri dön