Ana Sayfa > Dünya > Tramp BRICS-i dəstəkləyən ölkələrə əlavə rüsumlar tətbiq edəcək

Tramp BRICS-i dəstəkləyən ölkələrə əlavə rüsumlar tətbiq edəcək


Bu gün, 08:22. Yazar: sevinc1
Tramp BRICS-i dəstəkləyən ölkələrə əlavə rüsumlar tətbiq edəcək

ABŞ prezidenti Donald Tramp BRICS siyasətini dəstəkləyən dövlətlərə qarşı əlavə 10 faizlik ticarət rüsumlarının tətbiq ediləcəyi barədə xəbərdarlıq edib.

aia.az-ın məlumatına görə, o bu barədə "Truth Social" platformasında yazıb.

"BRICS-in anti-Amerika siyasətini dəstəkləyən istənilən ölkəyə qarşı 10 faiz əlavə rüsumlar tətbiq ediləcək. İstisna olmayacaq", - Tramp qeyd edib.

aia.az
Geri dön