Ana Sayfa > Manşet / Ölkə > Elxan Nağıyev: Sevindirici haldır ki, Şuşa və Ağdam məscidlərində də qanvermə aksiyası keçirilir
Elxan Nağıyev: Sevindirici haldır ki, Şuşa və Ağdam məscidlərində də qanvermə aksiyası keçirilirDünən, 13:55. Yazar: azer |
![]() Hər il olduğu kimi, bu il də humanist ənənə davam etdirilərək qanvermə aksiyası təşkil olunub. Sevindirici haldır ki, bu gün Qarabağın incisi olan Şuşa şəhərindəki Yuxarı Gövhər ağa məscidində və Ağdamın Cümə məscidində də qanvermə aksiyası keçirilir. Bu sözləri mətbata açıqlamasında Respublika Qan Bankının icraçı direktoru Elxan Nağıyev Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə keçirilən qanvermə aksiyasında deyib. O bildirib ki, ölkə üzrə qanvermə aksiyası səhər saatlarından başlayaraq 16:00-dək davam edəcək. "Saat 10:00-a olan məlumata görə, artıq 400 nəfərə yaxın könüllü donor aksiyada iştirak edib. Gün ərzində bütün məntəqələrdə iştirakçı sayının artacağı gözlənilir", - deyə icraçı direktor əlavə edib. Geri dön |