Ana Sayfa > Manşet / Siyasət / Özəl > Azər Kərimli: Zirvə toplantısının Qarabağda - Xankəndidə keçirilməsi Azərbaycanın diplomatik uğuru kimi dəyərləndirilməlidir
Azər Kərimli: Zirvə toplantısının Qarabağda - Xankəndidə keçirilməsi Azərbaycanın diplomatik uğuru kimi dəyərləndirilməlidirDünən, 12:49. Yazar: azer |
![]() İyulun 4-də Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə görüşü keçirilib. Zirvə görüşü ilə bağlı Milli Məclisin deputatı Azər Kərimli aia.az-a fikirlərini bildirib. Deputatın fikrinə görə, İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə toplantısının Xankəndidə keçirilməsi bir neçə baxımdan mühüm geosiyasi, iqtisadi və tarixi əhəmiyyət daşıyır: “İlk növbədə İƏT-ə üzv ölkələrin dövlət başçılarının nümayəndələrinin Xankəndiyə səfəri beynəlxalq ictimaiyyətə güclü mesaj verir. Zirvə toplantısı Qarabağın, o cümlədən Xankəndinin post-münaqişə dövründə inkişafına və reinteqrasiyasına dəstək xarakteri daşıyır. Həmçinin xarici investisiyaların işğaldan azad olunmuş ərazilərə cəlb olunması üçün stimul yaradır. Qarabağın və Şərqi Zəngəzurun iqtisadi potensialının İƏT çərçivəsində müzakirəsinə nail olunur. Regional layihələrə (logistika, enerji, infrastruktur) Xankəndinin inteqrasiyasına təkan verir.” ![]() Millət vəkili Azər Kərimli Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarının tədbirdə səsləndirdiyi “İndi Azərbaycan Ermənistanın xarabazara çevirdiyi torpaqlarda yeni şəhərlər və kəndlər inşa edir. “Böyük qayıdış” proqramı icra edilir. Bu günə qədər 16 şəhər və kəndə keçmiş məcburi köçkünlərin qayıdışını təmin etmişik. Hazırda azad edilmiş ərazilərdə 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır.” - fikrinə münasibət bildirib. Millət vəkili qeyd edib ki, zirvə toplantısının belə həssas bir məkanda keçirilməsi təşkilatın regional sabitlik və əməkdaşlıqda rolunu nümayiş etdirir , həmçinin yalnız iqtisadi deyil, geosiyasi çəkiyə malik bir təşkilat olduğunu göstərir. “Bununlada İƏT Qafqaz bölgəsində daha fəal və təsiredici aktora çevrilməsinə şərait yaradır.” “Toplantı eyni zamanda Ermənistan, onun havadarları və ölkəmizin tam müstəqil siyasət yürütməsini həzm edə bilməyən digər dövlətlər üçün də mühüm bir mesaj rolunu oynadı. Qarabağın statusu məsələsinin bağlandığını, bölgənin Azərbaycan suverenliyi altında inkişaf etdiyini göstərir. Həmçinin Xankəndidə belə yüksək səviyyəli beynəlxalq tədbirin keçirilməsi Azərbaycanın növbət böyük diplomatik uğuru kimi dəyərləndirilməlidir” – deyən millət vəkili Azər Kərimli bu toplantının yaxın gələcəkdə Qarabağ və Şərqi Zəngəzurun iqtisadi inkişafına və sərmayə qoyuluşuna təkan verəcəyini bildirib. Geri dön |