Ana Sayfa > Manşet > ZİYA MƏMMƏDOVUN AQİBƏTİ MƏLUM OLDU - ABŞ-a SƏFİR GEDİR

ZİYA MƏMMƏDOVUN AQİBƏTİ MƏLUM OLDU - ABŞ-a SƏFİR GEDİR


13-02-2017, 18:21. Yazar: Sevinc






Bu gün – fevralın 13-də Azərbaycan prezidenti İlham Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Nəqliyyat Nazirliyi və Rabitə və Yüksək Texnologiyalar Nazirliyibirləşdirilərək onların əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılır.
Yeni yaradılan nazirliyə Ramin Namiq oğlu Quluzadə rəhbərlik edəcək. R.Quluzadə Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar naziri təyin edilib.

Nəqliyyat Nazirliyinin ləğv ediləcəyi uzun müddət idi ki, gözlənilirdi. Nazirliyin demək olar ki, bütün səlahiyyətləri digər qurumlar arasında bölünmüşdür. Ancaq hansısa səbəbdən Ziya Məmmədov nazir postunda saxlanılırdı. Uzun müddət idi heç bir səlahiyyəti olmayan, “portfel nazir” statusunu qoruyub saxlayırdı. Prezidentin son fərmanı ilə Ziya Məmmədovun səlahiyyətsiz nazir statusuna da son qoydu. Amama etibarlı mənbədən aldığımız xəbərə görə, Ziya Məmmədovun aqibəti artıq məlum olub. O, ABŞ-a səfir göndəriləcək. Əlbəttə ki, bu ABŞ prezidenti Donald Trampla Ziya Məmmədovun oğlunun biznes şərikliyi ilə bağlıdır.
Elman
Geri dön