Ana Sayfa > Manşet / Siyasət > Səfər tarixi hadisə oldu
Səfər tarixi hadisə olduBu gün, 07:40. Yazar: azer |
![]() Dövlətlərarası münasibətlər qarşılıqlı rəsmi səfərlərlə daha da genişlənir. Azərbaycanla Özbəkistan arasında ikitərəfli münasibətlər də bu baxımdan xarakterikdir. İkinci Qarabaq müharibəsində qazanılan tarixi zəfərdən sonra bu münasibətlər daha həssaslıqla genişlənməkdədir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iyulun 2-də Azərbaycana səfəri ikitərəfli münasibətlərin bəşəri əsaslarının siyasi konturlarının mahiyyətini də tarixləşdirdi. Səfər çərçivəsində Bakıda “Özbəkistan” parkının təməlinin qoyulması, imzalanmış sənədlərin mübadilə edilməsi, Özbəkistan səfirliyinin yeni binasının açılması münasibətlərimizin yüksək səviyyədə olduğunun və genişləndiyinin parlaq nümunəsi oldu. Həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan- Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirildi. Görüş çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mətbuata verdiyi bəyanatda münasibətlərin beynəlxalq münasibətin arqumenti kimi diqqəti çəkdiyini bildirərək qeyd etdi ki, Özbəkistan Prezidentinin dövlət səfəri layiqincə, qardaşlıq və qarşılıqlı anlaşma şəraitində keçir. İkitərəfli görüş və Dövlətlərarası Şuranın iclası çərçivəsində ikitərəfli qarşılıqlı fəaliyyət məsələlərinin geniş spektrinin müzakirə olunduğunu da bildirən dövlət başçımız dedi: “Özbəkistanın beynəlxalq arenada imicinin ildən-ilə artmasına, iqtisadi potensialının güclənməsinə, sosial həyatın bir çox məsələsinin həll olunmasına şadıq. Bütün bunlar Prezidentin, Özbəkistan rəhbərliyinin düşünülmüş siyasətinin nəticəsidir. Bunların hamısı konkret proqlamlarda da öz əksini tapır. Dost və qardaşlar olaraq biz buna ürəkdən sevinirik”... Səfər çərçivəsində tərəflər təhsil və elm sahəsində mübadilələrin artırılması,tələbə və müəllimlərin qarşılıqlı səfərlərinin təşkili və birgə mədəni tədbirlərin keçiriməsi barədə razılığa gəldilər. Bakıda Özbəkistan Mədəniyyət Günlərinin keçirilməsi planlaşdırılır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bəyənatında birgə İnvestisiya Fondunun artıq praktiki olaraqar layihələrlə təmin edildiyini də xatırlatdı, İnvestisiya Fondunun nizamnamə kapitalının 500 milyon dollar olduğunu bildirdi. Qarabağın bərpasına göstərdiyi köməyə görə xüsusi minnətdarlığını da ifadə edən dövlət başçımız bildirdi ki, Özbəkistanın Azərbaycandakı səfirliyinin yeni binasının açılacağı da münasibətlərin həm siyasi, həm də bəşəri əsaslarla formalaşdığının məntiqi təsdiqidir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri əlamətdar hadisə kimi tarixləşdi. Səbinə XASAYEVA, Milli Məclisin deputatı Geri dön |