Ana Sayfa > Media > Bu heyvan apokalipsisə davam gətirə bilər

Bu heyvan apokalipsisə davam gətirə bilər


13-02-2017, 13:56. Yazar: Sevinc
Bu heyvan apokalipsisə davam gətirə bilər





Böyük britaniyalı alimlərin fikrincə, dəniz süngəri dünyanın ən dözümlü heyvanıdır. Onlar bildiriblər ki, Yerdə dəfələrlə baş vermiş kataklizmlərdən salamat çıxan bu orqanizmlər sonrakı fəlakətlərə də tab gətirəcək.

“AİA.AZ” AzərTac-a istinadən xəbər verir ki, bu barədə məlumat “Current Biology” jurnalında dərc olunub.

Məlumatda deyilir ki, təbii növlərin kütləvi şəkildə məhv olması nəticəsində dağılmış ekoloji sistemlərin bərpası ilə məhz dəniz süngərləri məşğul olub. Süngərlər müxtəlif temperatur rejimlərində və oksigen konsentrasiyasının az qala sıfıra bərabər olduğu şəraitdə yaşaya bilər.
Geri dön