Ana Sayfa > İdman > “İlin oyunu demək olmaz” - Cavid Hüseynov
“İlin oyunu demək olmaz” - Cavid Hüseynov13-02-2017, 13:46. Yazar: Sevinc |
Topaz Premyer Liqasının XVIII turunda baş tutan "Zirə" - "Qəbələ" matçı bərabərliklə başa çatıb - 2:2. Bu oyun "Qəbələ"nin futbolçusu Cavid Hüseynov üçn əlamətdar olub. O, uzun müddətdən sonra komandasını start heyətdə kapitan kimi meydana çıxarıb. Matçdan sonra əməkdaşımızın suallarını cavablandıran Hüseynov fikirlərini bildirib: - Son dəqiqələrdə nə baş verdi? - 10 nəfərlə qalmışdıq. Bilirdik ki, ağır keçəcək. Çətin səfər olacağı məlum idi. "Zirə" də yaxşı hazırlaşmışdı. Öz səhvlərimizdən xal itirdik. Hər iki qolu standart vəziyyətdən buraxdıq. - "Zirə" son saniyədə hesabı bərabərləşdirəndə çempion komanda kimi sevinirdi. Bu, diqqətinizi cəlb etmədi? - İndi bunu siz dediz mənə. Heç bu haqda danışmaq da istəmirdim. Sadəcə olaraq deyim ki, hesab heç-heçə başa çatıb. Amma "Zirə"nin soyunub-geyinmə otağında elə səs-küy var ki, elə bil çempion olublar. "Zirə"ni təbrik edirəm. Həqiqətən də hamı gördü bu sevinci. Mən bu haqda çox danışmayacam. Özünüz qiymət verin. - "Zirə"nin son oyununu izləmişdiz? - Bəli, təzə legionerləri də var. Çətin olacağını bilirdik. Ciddi hazırlaşmışdıq. - Ötən oyunla fərqləri var idi? - Əlbəttə var idi. Onu adi adam da hiss edirdi. "Zirə" meydanda can qoydu. Rəqibi bir daha təbrik edirəm. - Rasim Ramaldanovun qırmızı vərəqə alması haqda nə söyləyə bilərsən? - Rasimin debütü idi. Pis oynamırdı, yaxşı təsir bağışlayırdı. Belə hallar da baş verir. İnanıram ki, onun üçün bundan sonra yaxşı olar. - Növbəti oyun "Qarabağ"a qarşıdır. İlin oyunu demək olar? - İlin oyunu demək olmaz. Digər oyunlara hazırlaşdığımız kimi hazırlaşacağıq. Xüsusi əhəmiyyət daşımır. - Uduzsaz, fərq 6 xal olacaq... - Olsun da, burda nə problem var ki. - Aradan qaldıra biləcəksiz? - Biz hər oyuna qələbə üçün çıxırıq. Çempionluğa oynamırıq. Çempionatın sonunda nə olar, olar. - Səncə, "Qarabağ"a qarşı oyunda baş hakim kim olmalıdı? - O qədər hakim səhvləri olur ki... Fərqi yoxdur. Kim olursa, olsun. - Məlum hadisələrdən sonra ilk dəfə start heyətdə komandanı oyuna kapitan kimi çıxardın. Son dəfə "Apollon"la oyunda kapitan kimi çıxarmışdın komandanı... Necə hisslər idi? - O vaxtkı hisslər tam başqa idi. İndi isə tam başqa. Mənim üçün əsas kapitanlıq deyil, göstərdiyim oyundur. Təbii ki, komandamın da uğuru. (qafqzinfo0) Geri dön |