Ana Sayfa > Ölkə > Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq

Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq


Dünən, 11:39. Yazar: sevinc1
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

aia.az xəbər verir ki, xəbərdarlığa əsasən, iyulun 3-ü günün ikinci yarısından Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyi iyulun 6-sı gündüz saatlarına kimi davam edəcək.

Həmin günlər ərzində şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-28 m/s- dək güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyünün 3.0-4.0 m, sonrakı inkişafda isə 4.0-5.0 m. çatacağı proqnozlaşdırılır.

aia.az
Geri dön