Ana Sayfa > Özəl > Leyla Əliyeva – Zəngin İrsin Layiqli Davamçısı
Leyla Əliyeva – Zəngin İrsin Layiqli DavamçısıBu gün, 10:25. Yazar: azer |
![]() 3 iyul – müasir Azərbaycanın ictimai-mədəni həyatında mühüm rolu olan dəyərli şəxsiyyət, Heydər Əliyev Fondunun vitse-prezidenti, “İDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri, ictimai xadim və yaradıcı insan Leyla Əliyevanın doğum günüdür. Leyla Əliyeva böyük və möhtəşəm bir irsin daşıyıcısıdır. O, Azərbaycan dövlətçiliyinin memarı, dünyaşöhrətli lider Heydər Əliyevin nəvəsi, müasir Azərbaycanın Prezidenti cənab İlham Əliyevin qızı, eləcə də Azərbaycanın Birinci vitse-prezidenti, tanınmış ictimai-siyasi xadim və humanitar missiyanın ilhamverici siması Mehriban Əliyevanın övladıdır. Bu möhtəşəm siyasi və mənəvi irsə sadiqliyini Leyla xanım həm şəxsi keyfiyyətləri, həm də fəaliyyəti ilə sübut edir. Onun ictimai-siyasi fəaliyyəti, xüsusilə Heydər Əliyev Fondu çərçivəsində təhsil, səhiyyə, mədəniyyət, uşaq hüquqları, ətraf mühitin qorunması sahələrində həyata keçirdiyi layihələr ölkəmizdə və beynəlxalq aləmdə yüksək qiymətləndirilir. Leyla xanımın təşəbbüsü ilə yaradılmış “IDEA – Ətraf Mühitin Mühafizəsi uğrunda Beynəlxalq Dialoq” kampaniyası bu gün Azərbaycanı ekoloji dəyərlərə sadiq, gələcək nəslə məsuliyyətlə yanaşan bir ölkə kimi tanıdır. Leyla Əliyeva həm də bir ziyalı, ədəbiyyat adamı və yaradıcı ruh sahibi kimi tanınır. Onun şeirləri, esseləri və publisistik yazıları insanı düşünməyə, dəyərləri qorumağa, sevgi və mərhəmətə çağırır. Ana dilinə və milli-mədəni kimliyə bağlılığı, Şərq incəliyini Qərb modernizmi ilə vəhdətdə təqdim etməyi bacarması onun yaradıcılıq dünyasının özəlliklərindəndir. O, təkcə bir ictimai xadim deyil, həm də müasir Azərbaycan gəncinin mənəvi-əxlaqi simasıdır. Zərafət, təvazökarlıq, məsuliyyət və təşəbbüskarlıq onun şəxsi keyfiyyətlərində təbii şəkildə birləşir. Cəmiyyətin müxtəlif təbəqələri, xüsusilə də gənclər onun ideyalarına və fəaliyyətdəki nümunəsinə dəyər verir, ilham alır. Leyla xanım Əliyeva – sadəcə tanınmış bir soyadın daşıyıcısı deyil, həm də öz əməlləri ilə bu adı daha da ucaldan, onu mənəvi dəyərlərlə bəzəyən bir insandır. Onun həyat yolu, fəaliyyəti və duruşu Vətənə xidmət anlayışının ən nəcib təcəssümüdür. Bu münasibətlə, dəyərli Leyla Əliyevaya səmimi təbriklərimizi çatdırır, ona möhkəm cansağlığı, ailə səadəti, yeni yaradıcılıq uğurları və daim yüksələn ictimai nüfuz arzulayırıq. Ad gününüz mübarək, Leyla xanım! Bayram Xudayarov Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı, "Heydər Əliyev məktəbinin davamçıları" Feysbuk qrupunun təsisçisi və rəhbəri, YAP-ın fəal üzvü Geri dön |