Ana Sayfa > Seçilənlər-5 > Rostropoviçin 90 illik yubileyi qeyd olunacaq

Rostropoviçin 90 illik yubileyi qeyd olunacaq


13-02-2017, 13:40. Yazar: Sevinc
Rostropoviçin 90 illik yubileyi qeyd olunacaq






Prezident İlham Əliyev fevralın 10-da dünya şöhrətli musiqiçi və görkəmli ictimai xadim, insan hüquq və azadlıqlarının fəal müdafiəçisi, SSRİ Xalq Artisti, Dövlət və Lenin mükafatları laureatı Mstislav Rostropoviçin anadan olmasının 90 illiyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.

"aia.az" AzərTac-a istinadən xəbər verir ki, Sərəncama əsasən, Mstislav Rostropoviçin 90 illik yubileyinə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsi Mədəniyyət və Turizm Nazirliyinə tapşırılıb.

Sərəncamda vurğulanır ki, Mstislav Rostropoviç müasir dünya musiqisinin inkişafına misilsiz töhfələr vermiş böyük sənətkardır. O, violonçel ifaçılığı tarixində yeni bir dövr açmış və ən mötəbər konsert salonlarında simfonik orkestr dirijoru kimi çoxsaylı çıxışları ilə ümumbəşər mədəniyyəti xəzinəsini daha da zənginləşdirmişdir. Öz doğma vətəni Azərbaycanın beynəlxalq mədəni əlaqələrinin möhkəmləndirilməsi və onun musiqi sənətinin inkişaf etdirilməsi sahəsində Rostropoviçin müstəsna xidmətləri vardır.
Geri dön