Ana Sayfa > Özəl > "Munis Bayramovla Fikir Mübadiləsi: Heydər Əliyev Yolunun Davamı və Qələbəyə Aparan Siyasi Kurs"
"Munis Bayramovla Fikir Mübadiləsi: Heydər Əliyev Yolunun Davamı və Qələbəyə Aparan Siyasi Kurs"Dünən, 18:30. Yazar: azer |
![]() Bu gün "91-lər" hərəkatının tanınmış simalarından biri, dəyərli ziyalı və ictimai xadim Munis müəllim Bayramovla olduqca faydalı və mənalı bir görüşümüz baş tutdu. Görüş zamanı Ulu Öndər Heydər Əliyevin dövlətçilik tariximizdəki misilsiz rolu, milli maraqlara əsaslanan siyasi kursu və bu kursun bu gün cənab Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi barədə ətraflı fikir mübadiləsi apardıq. Söhbət zamanı 1993-cü il 15 iyun tarixində xalqın israrlı tələbi ilə Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışının tarixi əhəmiyyəti xüsusi vurğulandı. Həmin dönüş nöqtəsi Azərbaycanın müstəqilliyini, sabitliyini və dövlətçiliyini xilas edən bir Qurtuluş Günü kimi tariximizə yazıldı. Munis müəllimlə bu mövzular ətrafında danışarkən Ulu Öndərin cənab İlham Əliyev haqqında dediyi "Mən ona özüm qədər inanıram" sözlərini xatırladıq. Bu, təkcə ata inamı deyil, həm də böyük bir siyasi uzaqgörənliyin və dövlətçilik iradəsinin təzahürü idi. Ulu Öndər başqa bir çıxışında da bildirmişdi: "İlham Əliyev mənim siyasi kursumu davam etdirəcək və bu yolda Azərbaycanı inamla irəli aparacaq." Tarix bu sözlərin nə qədər doğru və uzaqgörən olduğunu sübut etdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsində böyük zəfər qazanaraq ərazi bütövlüyünü bərpa etdi. Ardınca, 2023-cü ilin sentyabrında cəmi 23 saat ərzində həyata keçirilən lokal antiterror əməliyyatları nəticəsində ölkəmiz öz tam suverenliyini bərpa etdi. Bütün bu tarixi uğurlar Heydər Əliyev siyasi kursunun nə qədər möhkəm əsaslara söykəndiyini və bu kursun davam etdirilməsinin necə böyük nəticələr verdiyini sübut edir. Munis müəllimin dəyərli təcrübəsi, tarixi təhlilləri və dövlətçilik baxışları ilə tanış olmaq mənim üçün son dərəcə faydalı və ruhlandırıcı oldu. Bu cür görüşlər gənclər üçün həm siyasi dərs, həm də vətəndaşlıq məktəbidir. Bayram Xudayarov Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı, "Heydər Əliyev məktəbinin davamçıları" Feysbuk qrupunun təsisçisi və rəhbəri, YAP-ın fəal üzvü Geri dön |