Ana Sayfa > Manşet / Ölkə > Milli Məclisin deputatı Asif Əsgərov vətəndaşlarla görüşdü
Milli Məclisin deputatı Asif Əsgərov vətəndaşlarla görüşdüDünən, 13:09. Yazar: azer |
![]() Millət vəkili Asif Əsgərov, bədbəxt hadisə nəticəsində dünyasını dəyişmiş Azərbaycan Silahlı Qüvvələrinin giziri, Zaqatala rayonu Qımır kənd sakini Sadiq Əsgərovun yas mərasimində iştirak edib. Mərasim zamanı millət vəkili mərhumun ailəsinə və yaxınlarına başsağlığı verib, onların kədərini bölüşüb. Bildirilib ki, Vətənə sədaqətlə xidmət etmiş hərbi qulluqçuların xatirəsi daim əziz tutulur, onların ailələri isə hər zaman dövlətin və cəmiyyətin diqqət mərkəzindədir.Ailəyə maddi yardım göstərilib. Daha sonra millət vəkili Asif Əsgərov, YAP Zaqatala rayon təşkilatının sədri Fərid Ramazanovla birgə Ələsgər kəndində vətəndaş qəbulu keçirib. Qəbulda kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi, eləcə də kənd ictimaiyyəti nümayəndələri də iştirak ediblər. Görüş zamanı vətəndaşların müxtəlif müraciətləri dinlənilib. Dağlıq əraziyə malik Ələsgər kəndində xüsusilə marşrut nəqliyyatı, işıq təchizatı, yol infrastrukturu və digər sosial məsələlər önə çəkilib.Qəbul zamanı olunmuş müraciətlərə əsasən aztəminatlı ailələrə maddi yardım olunub. Sonda kənd sakinləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Onlar ölkədə mövcud olan dayanıqlı inkişafı və sabit ictimai-siyasi mühiti xüsusi vurğulayıblar və bu şəraitin bölgələrdə rifahın yüksəlməsinə imkan yaratdığını qeyd ediblər. Geri dön |