Ana Sayfa > Siyasət > Bu layihənin qısa müddət ərzində icra edilməsi rekord nəticə sayıla bilər
Bu layihənin qısa müddət ərzində icra edilməsi rekord nəticə sayıla bilərDünən, 10:03. Yazar: azer |
![]() Prezident İlham Əliyev Mingəçevirdə "8 Noyabr" Elektrik Stansiyasının açılış mərasimində çıxış edərkən bildirmişdir ki, bu layihənin qısa müddət ərzində icra edilməsi – energetiklər bunu çox yaxşı bilirlər – rekord nəticə sayıla bilər. Çünki təxminən 2000 meqavatlıq elektrik stansiyasının inşa müddəti bir neçə il davam edir – bəlkə də üç, dörd, beş il, hətta daha çox. Məsələn, sovet dövründə Mingəçevirdə "Azərbaycan" İstilik Elektrik Stansiyasının inşası 1974-cü ildə başlamış və birinci blok 1981-ci ildə istismara verilmişdir. Yəni yeddi ildən sonra cəmi 300 meqavat enerji əldə edilmişdir. Biz isə iki il ərzində təxminən 2000 meqavat enerji əldə etmişik. Əlbəttə ki, bunun bir çox səbəbləri var. Təbii ki, burada mövcud olan energetika bazamız, təcrübəmiz, Azərbaycan energetiklərinin peşəkarlığı, bilikləri, təcrübələri və, əlbəttə, beynəlxalq tərəfdaşlarımızın da töhfəsi bu şəraiti yaratmışdır. Zəravənd Quliyev YAP Laçın rayon təşkilatının 44 saylı ƏPT- nin sədri Geri dön |