Ana Sayfa > Siyasət > "8 Noyabr" Elektrik Stansiyasının istifadəyə verilməsi həm də Azərbaycanın yaratdığı beynəlxalq əməkdaşlıq və təfəfdaşlıq platformasının daha bir təsdiqidir
"8 Noyabr" Elektrik Stansiyasının istifadəyə verilməsi həm də Azərbaycanın yaratdığı beynəlxalq əməkdaşlıq və təfəfdaşlıq platformasının daha bir təsdiqidirDünən, 19:16. Yazar: azer |
![]() Belə ki, bu önəmli layihə İtaliya və Çin şirkətləri ilə birlikdə araya-ərsəyə gəlib. Stansiyanın açılışında sözügedən bu iki ölkənin strateji tərəfdaşlarımız olduğu qeyd edildi. Strateji tərəfdaşlıq haqqında hər biri ilə iki bəyannamə imzalanıb. İtaliya Azərbaycanın birnömrəli ticarət tərəfdaşıdır. Çin də ticarət tərəfdaşlarımız sırasında qabaqcıl yerlərdən birini tutur. İtaliya ilə xüsusilə son illər energetika sahəsində, xam neft, təbii qaz sahəsində uzunmüddətli strateji əməkdaşlıq genişlənib. Çinlə isə daha çox bərpaolunan enerji layihələrinin birgə icra olunmasına başlanıb. "8 Noyabr" Elektrik Stansiyasının açılışı çox gözəl hadisədir. Ümumilikdə ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək bu stansiyanın yaradılması və qısa müddət ərzində bütün işlərin başa çatması ölkəmizin gücünü, potensialını, energetiklərimizin təcrübəsini, peşəkarlığını göstərir. Bu gün "8 Noyabr" Elektrik Stansiyası ölkəmizin ən böyük elektrik stansiyasıdır". Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev çıxışı zamanı bildirib. Dövlət başçımız qeyd edib ki, 1880 meqavat gücündə bu stansiya bizim enerji potensialımızı təbii olaraq daha da gücləndirəcək, enerji sisteminin səmərəliliyini artıracaq və beləliklə, Mingəçevirin nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın energetika mərkəzi olan statusunu daha da gücləndirəcək. Mingəçevir 1970-ci illərdə Azərbaycan energetika sektorunun mərkəzi rolunu oynayıb. Ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 1974-cü ildə Mingəçevirdə "Azərbaycan" İstilik Elektrik Stansiyasının təməli qoyulub. Heydər Əliyevin iştirakı ilə stansiyanın birinci bloku 1981-ci ildə istismara verilib. Lakin keçid dövründə elektrik stansiyasına baxımsız yanaşma və istismar müddətinin başa çatması əlavə problemlər ortaya çıxarırdı. "O zaman hələ sovet dövründə bu stansiya Qafqazın önəmli energetika mərkəzlərindən birinə çevrilmişdir. Təbii olaraq müstəqilliyin ilk illərində bizdə enerji qıtlığı yaranmışdır. Orta və yaşlı nəslin nümayəndələri o illəri yaxşı xatırlayırlar ki, o vaxt hətta axşam saat 12-də televiziya verilişləri də dayandırılırdı. Çünki energetika sistemimiz lazım olan həcmdə elektrik enerjisini istehsal edə bilmirdi. Həm yanacaq nöqteyi-nəzərindən çətinliklər var idi, həm də enerji sistemimiz tam köhnəlmişdi. Yalnız Ulu Öndərin təşəbbüsü ilə yaradılmış Mingəçevir stansiyası hesabına müəyyən dərəcədə fasilələrlə olsa belə, insanlara və müəssisələrə elektrik enerjisi verilirdi" - deyə Azərbaycan Prezidenti çıxışında diqqətə çatdırıb. Türkanə Nuriyeva YAP Laçın rayon təşkilatının 4 saylı ərazi partiya təşkilatının sədri Geri dön |