Ana Sayfa > Özəl > Barselona son 100 ilin ən isti iyun ayını yaşanıb
Barselona son 100 ilin ən isti iyun ayını yaşanıbDünən, 14:08. Yazar: sevinc1 |
![]() İspaniyanın şərqində yerləşən Barselonada son 100 ilin ən isti iyunu qeydə alınıb. İspaniya Meteorologiya İnstitutu (AEMET) iyunun Barselonada temperatur qeydlərinin 1914-cü ildən bəri ən isti ay olduğunu açıqlayıb. Bu ilin iyun ayında orta temperaturun 26 dərəcəyə çatdığı ifadə edilən açıqlamada, əvvəlki ən isti iyun ayının 25,6 dərəcə ilə 2003-cü ildə qeydə alındığı ifadə edildi. Ayın ən yüksək temperaturu iyunun 30-da 37,9 dərəcə olub. Avropanın bir çox şəhərləri isti dalğasının təsiri altındadır. İtaliya, Almaniya, Belçika və Fransada həddindən artıq istilərə qarşı müxtəlif tədbirlər görülüb. aia.az Tərcümə şöbəsi Geri dön |