Ana Sayfa > Manşet / Ölkə > Bakı Sağlamlıq Mərkəzində “Layiqli Əmək Səfirləri” layihəsi çərçivəsində görüş! Keçirilib
Bakı Sağlamlıq Mərkəzində “Layiqli Əmək Səfirləri” layihəsi çərçivəsində görüş! KeçirilibDünən, 14:02. Yazar: azer |
![]() aia.az xəbər verir ki, Bakı Sağlamlıq Mərkəzində “Layiqli Əmək Şəraitinin yaradılmasında Səhiyyə İşçiləri Həmkarlar İttifaqının rolu” mövzusunda görüş keçirildi. Tədbir, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən həyata keçirilən “Layiqli Əmək Səfirləri” layihəsi çərçivəsində təşkil olundu. Bu layihə bütün sahələrə şamil olunub. Səhiyyə sektorunda isə layihə ilk olaraq Bakı Sağlamlıq Mərkəzində keçirildi. Tədbirdə açılış nitqi ilə çıxış edən Mərkəzimizin icraçı direktoru, Dos. Dr. Asiman Həsənov, layihənin əhəmiyyətindən və səhiyyə işçilərinin sosial müdafiəsinin gücləndirilməsində bu kimi təşəbbüslərin rolundan danışdı. Görüşdə çıxış edən Milli Məclisin deputatı, ürək-damar cərrahı, tibb üzrə elmlər doktoru, Əməkdar həkim, “Layiqli Əmək Səfiri” Rəşad Mahmudov “İşçilər üçün layiqli əmək şəraiti: hüquq, təhlükəsizlik və dəyər prinsipləri əsasında yeni yanaşma” mövzusunda çıxış etdi və aktual məsələlərə toxundu. Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, Elnarə Muradova Həmkarlar İttifaqının təşəbbüsləri və əldə olunan nəticələri paylaşdı. Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası sədrinin müşaviri Orxan Ərəbli layihənin ümummilli əhəmiyyətini və digər sahələrə nümunə ola biləcək tərəflərini vurğuladı. Tədbirin sonunda iştirakçılar tərəfindən suallar verildi, fikir və təkliflər ətrafında müzakirələr aparıldı. Tədbirdən görüntüləri təqdim edirik. Xoş izləmələr! Geri dön |