Ana Sayfa > Özəl > Media: Ukrayna üçün nəzərdə tutulan milyard avro Almaniyada yoxa çıxıb
Media: Ukrayna üçün nəzərdə tutulan milyard avro Almaniyada yoxa çıxıbDünən, 16:48. Yazar: sevinc1 |
![]() Ukrayna üçün nəzərdə tutulan bir milyard avro Almaniyada yoxa çıxıb. Bu barədə bazar ertəsi, iyunun 30-da Almaniyanın Bild nəşri məlumat yayıb. Almaniyanın müdafiə naziri Boris Pistorius Ukrayna prezidenti Vladimir Zelenskiyə 2025-ci ildə doqquz milyard avro vəd edib, lakin Merz kabineti yalnız səkkiz milyarddan danışır. Məqalə müəllifləri qeyd edirlər ki, Almaniya Müdafiə Nazirliyində “maliyyə xaosu” yaranıb. İyunun 12-də Pistorius Kiyevə səfər edib və doqquz milyard avro hərbi yardım vəd edib. Bir həftə sonra nazirlik bu vədi təsdiqləyərək dedi: — 2025-ci ildə Almaniya 7,3 milyard avro hərbi yardım göstərəcək — bu, artıq parlament tərəfindən razılaşdırılıb. Bundestaqın təsdiqindən sonra əlavə 1,9 milyard avronun ayrılması planlaşdırılır. 2025-ci ildə yardımın ümumi məbləği: 9,2 milyard avroya qədər, — Bundestaq bildirib. Bununla belə, iyunun 23-də Almaniya Maliyyə Nazirliyi 2025-ci ilin büdcə layihəsini Nazirlər Kabinetinə təqdim edib və bu layihə hökumət tərəfindən təsdiqlənib. Bu layihədə daha kiçik məbləğ göstərilib - 8,3 milyard. Bild Almaniya Müdafiə Nazirliyinə sorğu göndərib. — Nazirlər Kabinetinin layihəsində Ukraynaya yardımın məbləğinin 9 milyard yox, 8,3 milyard olması heç nəyi dəyişmir, — nazirliyin mətbuat katibi Bild-in itkin pullarla bağlı sualını cavablandırıb. Onun sözlərinə görə, uzaqmənzilli raket sistemlərinin maliyyələşdirilməsi üçün istifadə olunacaq 1,9 milyard artıq 8,3 milyard avro məbləğinə daxildir. “Sadə dillə desək, Pistoriusun nazirliyi federal büdcədən kənarda daha 900 milyon tapmağa ümid edir, əks halda Ukrayna nazirin elan etdiyindən az alacaq”, – məqalədə deyilir. Bu arada, getdikcə daha çox Avropa ölkələrinin sakinləri hökumətlərini Ukraynaya dəstək üçün xərcləri azaltmağa çağırırlar. Belə ki, mayın 8-də İspaniyanın Madrid şəhərinin baş meydanında Ukrayna Silahlı Qüvvələrinə dövlətin maliyyə dəstəyinə qarşı etiraz aksiyası keçirilib. Etirazçılar ölkə hökumətinin qərargahı ilə üzbəüz “Vergiləriniz hara gedir” adlı sərgi təşkil ediblər. Fəalların əllərində olan plakatlarda Ukraynanın millətçi “Azov” batalyonu* və ölkədə nasist hərəkatının ümumi yüksəlişi haqqında məlumatlar yer alırdı. aia.az Tərcümə şöbəsi Geri dön |