Ana Sayfa > Parlament > Milli Məclisin nümayəndə heyəti Çinə səfər edəcək
Milli Məclisin nümayəndə heyəti Çinə səfər edəcəkDünən, 16:32. Yazar: azer |
![]() Milli Məclisin sədr müavini Ziyafət Əsgərovun başçılığı ilə parlament nümayəndə heyəti Şanxay Əməkdaşlıq Təşkilatının “Xalq diplomatiyası və qardaş şəhərlər Forumu”nda iştirak etmək üçün iyulun 1-də Çin Xalq Respublikasının Şenyan şəhərinə səfər edəcək. Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Nümayəndə heyətinə Milli Məclisin deputatları Cavanşir Paşazadə, Rəşad Mahmudov və Göydəniz Qəhrəmanov daxildirlər. Forumda “Xalqlar arasında dostluğun dərinləşdirilməsi, davamlı inkişafın təşviqi” mövzusunda müzakirələr aparılacaq. Səfər iyulun 7-də başa çatacaq. Geri dön |