Ana Sayfa > Manşet / Siyasət / Parlament > Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistana işgüzar səfərə gəlib

Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistana işgüzar səfərə gəlib


Dünən, 14:53. Yazar: azer
Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistana işgüzar səfərə gəlib

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Birinci Özbəkistan-Azərbaycan Parlamentlərarası Forumda iştirak etmək üçün iyunun 30-da Özbəkistan Respublikasına işgüzar səfərə gəlib.

Ürgənc şəhərinin beynəlxalq hava limanında spiker Sahibə Qafarovanı Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva və digər rəsmi şəxslər qarşılayıblar.


Geri dön